YUNEX — Gənclərin İnnovasiya Mübadiləsi Proqramı

Yunex · Quba, Azərbaycan · Son tarix: 25 oktyabr 2026 · Xərclər tam qarşılanır

Gənclərin innovativ ideyalarını inkişaf etdirmək, startap sahəsində bilik və bacarıqlarını artırmaq, beynəlxalq təcrübə qazanmaq istəyənlər üçün proqram. 7–10 noyabr 2026-cı il tarixlərində Qubada keçiriləcək İnnovasiya və Startap Düşərgəsində iştirakçılar mentor və ekspertlərlə işləyəcək, praktiki təlimlərdə və hakatonda iştirak edəcəklər. Seçilən qalib komandalar 2027-ci ildə Polşada keçiriləcək beynəlxalq mübadilə proqramında iştirak edəcəklər. Şərtlər: yaş 18–25, komanda 4 nəfər, ingilis dili minimum B2. Son müraciət: 25 oktyabr 2026, saat 23:59.