Hansen Leadership Institute 2027
Hansen Leadership Institute · ABŞ · Son tarix: 15 yanvar 2027 · Xərclər tam qarşılanır
ABŞ-da üç həftəlik liderlik proqramı: dünyanın müxtəlif, o cümlədən münaqişə bölgələrindən olan gənc liderləri beynəlxalq əməkdaşlıq və sülh mövzusunda bir araya gətirir. 1 iyul 2027 tarixinə 20–25 yaşında olan, ən azı bir il universitetdə oxumuş və ya 2025–2026-cı illərdə məzun olmuş gənclər üçündür. Beynəlxalq aviabilet, yaşayış, yemək və proqram xərcləri fond tərəfindən qarşılanır; pasport xərcləri və cib pulu iştirakçıya aiddir.