Broaden our horizons 2026/27
European Solidarity Corps · Poznan, Polşa · Son tarix: 15 oktyabr 2026 · Xərclər tam qarşılanır
Poznanda mədəniyyətlərarası təşkilatda 30 həftəlik könüllülük: uşaqlar, böyüklər və yaşlılar üçün qeyri-formal təhsil və dil dərsləri, mədəni tədbirlərin təşkili, sosial media və ofis işləri. Müraciət üçün infopakdakı Google formu doldurulmalıdır. Yataqxanada fərdi otaq, gündə 10 avro cib və yemək pulu, yerli nəqliyyat kartı verilir, yol xərcləri ESC limitləri daxilində ödənilir.